Sabiq deputat Fəzail Ağamalı ilə vida mərasimi keçirilir.
1xeber.media xəbər verir ki, vida mərasimi Heydər məscidində keçirilir.
Dəfndən sonra Heydər məscidində hüzr mərasimi təşkil olunacaq. Qeyd edək ki, mərhumun 3-7 mərasimi 12 fevral, saat 11:00-15:00 aralığında Heydər Məscidində keçiriləcəkdir.
Xatırladaq ki, Fəzail Ağamalı uzun sürən xəstəlikdən sonra dünən Ankarada dünyasını dəyişib.

















