“Novaya Qazeta Avropa” nəşrinin yaydığı məlumata görə, Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov Qroznıda baş verən yol qəzasında ağır xəsarətlər alıb.
1xeber.media Musavat.com-a istinadla xəbər verir ki, o, Moskvaya aparılıb, dalağı çıxarılıb, baş travması və çənə sümüyündə çat aşkarlanıb. Həkimlərin ən böyük narahatlığı isə görmə sinirinin zədələnməsi ilə bağlıdır – gəncin bir gözünü itirməsi riski olduğu bildirilir.
Qəza zamanı onu müşayiət edən mühafizəçilər daha ağır xəsarət alıblar. Onlardan biri – Bislan Kaimovun ömürlük iflic qalma ehtimalının olduğu qeyd edilir.
Hadisənin 16 yanvarda baş verdiyi, Adəm Kadırovun avtomobili özü idarə etdiyi və sükana nəzarəti itirdiyi iddia olunur.

















