"Güclü Ermənistan" partiyası tərəfindən namizədliyi irəli sürülən Samvel Karapetyan hökumət başçısı vəzifəsinə namizəd ola bilməz.
1xeber.media xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, Ermənistan qanunvericiliyinə və Konstitusiyasına əsasən, ikili vətəndaşlığı olan şəxs nə millət vəkili, nə də baş nazir vəzifələrində çalışa bilməz.
Paşinyan aydınlıq gətirib ki, Karapetyanın Ermənistan, Rusiya və Kipr vətəndaşlığı var və bu, onun ən yüksək dövlət vəzifələrinə namizədliyini irəli sürməsinə mane olur.

















