"Qarabağ artıq Avropa və beynəlxalq siyasətdə rol oynamır".
1xeber.media xəbər verir ki, bunu Almaniya Xarici Əlaqələr Şurasının (DGAP) analitiki Stefan Meister DW-yə verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, hər kəs 2020-ci ildən sonrakı reallığa tabe olub: "Bakı region üzərində nəzarəti ələ keçirdi və beynəlxalq ictimaiyyət bunu baş verməli olan bir hadisə kimi qəbul etdi.
Tanınmamış respublikanın keçmiş liderlərinin məhkəmələri ilə Azərbaycan Prezidenti İlham Əliyev birinci Qarabağ müharibəsindəki məğlubiyyətin də qisasını aldı".
Meister həmçinin qeyd edib ki, artıq Bakı ilə Vaşinqton arasında münasibətlər normallaşıb.

















