Kreml ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının uzadılmasını avtomatik qərar hesab edir.
1xeber.media xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Danışıqlar prosesinin nəticəsi olaraq bundan sonra nə baş verəcəyi yekun danışıqların nəticələri ilə müəyyən ediləcək", - deyə Kremlin sözçüsü izah edib.
Fevralın 19-da ABŞ prezidenti Donald Tramp sələfi Co Bayden tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaları bir il müddətinə uzadıb. Məhdudiyyətlərin uzadılması qərarı Ukraynadakı vəziyyətə cavab olaraq verilib.

















