Almaniya kansleri Fridrix Merts Avropanı müharibə ilə sülh arasındakı dövrün "sadəlövh pasifizmindən" əl çəkməyə çağırdı.
1xeber.media xəbər verir ki, siyasətçinin sözləri Tagesschau televiziya kanalı tərəfindən yayımlanıb.
"Bu gün Avropada biz müharibədə deyilik, amma sülhdə də deyilik. Bu gün sadəlövh pasifizmi izləyən hər kəs gələcəyin müharibələrinə töhfə verir", - deyə o bildirib.
Kansler vurğulayıb ki, Almaniya və Avropa öz sərhədlərini qorumaq üçün məsuliyyət daşımalı və güc dilində danışmağı öyrənməlidirlər.

















