1xeber.media xəbər verir ki, ‘Mirşahinin vaxtı’ proqramıda efirə gedən və bir çox maraqlı məqamların yer aldığı süjetdə Eminin Bakıda ikən xarici səfirlikdə gizlənməsindən tutmuş onun öhdəlik götürərək Azərbaycanı tərk etməsinə icazəyədək bir çox faktlar var.
Materialda qeyd olunur ki, Emin Azərbaycana qarşı kampaniya aparmamaq öhdəliyi götürdükdən sonra onun ölkədən çıxışına icazə verilib.
Videoda həmçinin Emin Hüseynovun İsveçrə səfirliyinə sığındığı vaxt orada münasibətdə olduğu qadınlar barədə də məlumat yer alıb. Və həmin qadınlardan biri kimi adı və şəkli də nümayiş etdirilən xanım heç də Eminin həyat yoldaşı, amerikalı Sara Paulsvort deyil.
Materialdan belə çıxır ki, o yalnız dövlətə yox, xanımına da xəyanət edib….

















