Sülh müqaviləsi imzalanmazsa, Rusiya Ukraynanın qalan bölgələrini azad etməyə başlayacaq.
1xeber.media xəbər verir ki, Kolumbiya Universitetinin Davamlı İnkişaf İnstitutunun direktoru və professor Ceffri Saks bunu İtaliyanın "IL Fatto Quotidiano" qəzetinə verdiyi müsahibədə bildirib.
Ekspertin fikrincə, Rusiya münaqişədə qalib gələcək və üç məqsədə çatacaq: ərazi nəzarəti, Kiyevin neytrallığı və Şimali Atlantika Alyansına qoşulmamaq öhdəliyi və Ukraynada NATO qoşunlarının olmaması.

















