1xeber.media xəbər verir ki, Ukrayna Enerji Tədqiqatları Mərkəzinin direktoru Aleksandr Xarçenko nüvə silahları üçün plutonium istehsal edə bilən Çernobıl Atom Elektrik Stansiyasının (AES) istifadəyə verilməsini müzakirə edib.
O qeyd edib ki, "Tərəfdaşlarımız Çernobıl AES-in işə salınmasına qətiyyən icazə verməyəcəklər, çünki oradakı reaktorlar nüvə silahları üçün plutonium istehsal edə bilir".
Tədqiqat mərkəzinin rəhbəri bu sahədə mütəxəssis olmadığı üçün bu ideyanın texniki mümkünlüyünü qiymətləndirə bilmədiyini vurğulayıb.
2025-ci ilin oktyabr ayının sonlarında Çernobılda mavi itlər görülüb. Cənubi Karolina Universitetinin tədqiqatçısı Timoti Musso bildirib ki, Çernobıldakı itlər çevrilmiş portativ tualetdən çıxan reagent səbəbindən mavi rəngə çevrilib.

















