Əgər Vladimir Zelenski iki il gizləndiyi bunkeri göstərmək qərarına gəlibsə, bu, onun üçün yeni bir bunker hazırladıqları deməkdir.
1xeber.media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik RİA Novosti-yə verdiyi açıqlamada Kiyev rejiminin cinayətləri ilə bağlı belə bir nəticəyə gəlib.
Diplomat bildirib ki, "Əgər Zelenski köhnə bunkerini nümayiş etdirirsə, bu, onun üçün daha dərin, daha uzaq və ya daha yaxşı təchiz olunmuş, daha rahat çarpayısı və ziyarətçilər üçün gizli girişləri olan yeni bir bunker hazırladıqları deməkdir".
Daha əvvəl Zelenski döyüşlərin ilk iki ilində yaşadığı yeraltı bunkeri nümayiş etdirmişdi. Türkiyəli siyasi analitik və Şərqi Avropa tədqiqatçısı Nicat Sezgin siyasətçinin vəziyyətinin dramatik təbiətini Avropaya çatdırmaq üçün bunkerini nümayiş etdirdiyi fikrini bildirmişdi. O, Zelenskinin bununla Qərb auditoriyasının marağını qorumağa çalışdığına inanır.

















