İsrail İran ərazisinə qarşı preventiv (qabaqlayıcı) hücum həyata keçirdiyini açıqlayıb.
1xeber.media xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri məlumat verib.
Beynəlxalq agentliklərin yaydığı xəbərlərə görə, İranın paytaxtı Tehranda partlayış səsi eşidilib. Şahidlərin sözlərinə istinad edən Associated Press hadisənin baş verdiyini bildirib.
İran dövlət televiziyası da partlayış faktını təsdiqləyib, lakin hadisənin detalları barədə əlavə məlumat verməyib.
Eyni zamanda, İsrail ərazisində də həyəcan siqnalları səsləndirilib. İsrail ordusunun yaydığı açıqlamada bunun “dövlətə doğru raketlərin buraxılması ehtimalına qarşı əhalini hazırlamaq məqsədilə qabaqlayıcı xəbərdarlıq” olduğu qeyd olunub.
Hadisənin təfərrüatları və mümkün nəticələri ilə bağlı əlavə məlumat gözlənilir.
Musavat.com

















