İran ordusunun baş komandanı general-mayor Əmir Hatəmi ilə bağlı yayılan ölüm xəbərləri rəsmi şəkildə təkzib olunub.
1xeber.media xəbər verir ki, İranın ISNA agentliyi yaydığı məlumatda Əmir Hatəminin tam sağlam olduğunu və Silahlı Qüvvələrə rəhbərliyini davam etdirdiyini bildirib.
Agentlik son saatlarda bəzi xarici media orqanlarında və sosial şəbəkələrdə dövriyyəyə buraxılan iddiaların həqiqəti əks etdirmədiyini vurğulayıb.

















