İran prezidenti Məsud Pezeşkyan ABŞ və İsrailin raket zərbələri zamanı sui-qəsd cəhdindən heç bir xəsarət almadan xilas olub.
1xeber.media xəbər verir k, bu barədə İran prezidentinin oğlu və müşaviri Yusif Pezeşkyan özünün Telegram kanalında məlumat verib.
Bəyanatda deyilir: "Sui-qəsd cəhdi uğursuz olub və digər rəsmilərin də səhhəti yaxşıdır".
Yusif həmçinin qeyd edib ki, ölkə uzun müddət davam edən və amansız münaqişə ilə üzləşir.
28 fevral səhəri İsrail İrana qarşı qabaqlayıcı hücuma başlayıb. Müdafiə naziri İsrael Katz hücumu təsdiqləyib. "The New York Times" mənbələrə istinadən ABŞ-ın Tehrana endirilən zərbələrdə iştirakını bildirib.
Daha əvvəl İsrail İrana edilən hücumun nəticələri ilə bağlı şərh verib. İsrail rəsmisinin sözlərinə görə, hücumun hədəfi Məsud Pezeşkyan olub.

















