1xeber.media xəbər verir ki, İran xarici işlər nazirinin müavini Həmid Qənbəri bildirib ki, ABŞ İrana hücum etməklə İsrailin tələsinə düşüb.
"ABŞ İsrailin tələsinə düşüb (...). Biz bu hücumu diplomatik xəyanət hesab edirik", - Qənbəri deyib.
O əlavə edib ki, ABŞ öz sözünə əməl etmir və buna görə də dünyada əhəmiyyətli rol oynamağa layiq deyil.
Bir müddət əvvəl İran Silahlı Qüvvələrinin Baş Qərargahı İsrailə yardım göstərən istənilən ölkənin hərbi bazasının İranın raket zərbələri üçün potensial hədəf olacağını bildirib.

















