İranın cənubunda qızlar məktəbinə raketin düşməsi nəticəsində azı 60 şagird həlak olub.
1xeber.media xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Kermanpur bildirib.
"60 azyaşlı uşaq həlak olub, 80-i xəsarət alıb", - o, sosial şəbəkə hesabında qeyd edib.
***
İranın Körfəz sahilindəki Bəndər Abbas limanı yaxınlığındakı Minab şəhəri ABŞ bombardmanına məruz qalıb.
1xeber.media İRNA agentliyinə istinadən xəbər verir ki, raket zərbələri nəticəsində 40 nəfər ölüb, 48 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Şəhər merinin verdiyi məlumata görə, ibtidai məktəb də raket zərbəsinə məruz qalıb və şagirdlər arasında da ölənlər var. Hələlik neçə şagirdin ölməsi məlum deyil. Hadisə yerində çalışan fövqəladə hallar üzrə komissiyanın əməkdaşları dağıntılar arasında qalan şagirdləri xilas edirlər. Bu məktəbdə 170 şagird təhsil alır.
İran mətbuatının xəbərinə görə, Bəndər Abbas limanında İranın dəniz nəqliyyatı üçün infrastrukturu var. ABŞ məhz buna görə limanı və onun yaxınlığındakı obyektləri hədəf alıb.

















