İranda hakimiyyətin təhvil verilməsi üçün müvəqqəti hökumət yaradılıb.
1xeber.media xəbər verir ki, bu barədə Londonda fəaliyyət göstərən "İlaaf" qəzeti məlumat yayıb.
İddia olunur ki, İranın Milli Müqavimət Şurası xalqın ixtiyarına hakimiyyətin verilməsi məqsədilə müvəqqəti hökumət yaradıldığını açıqlayıb.
Məlumata görə, bu hökumət keçid dövründə Məryəm Rəcavi proqramının on bəndi əsasında fəaliyyət göstərəcək.

















