Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş ABŞ və İsrailin İrana raket zərbələrini pisləyib.
1xeber.media xəbər verir ki, bnun sözləri RİA Novosti agentliyi tərəfindən bildirilib.
"Mən bu gün Yaxın Şərqdə baş verən hərbi eskalasiyanı pisləyirəm. ABŞ və İsrailin İrana qarşı güc tətbiq etməsi və İranın regionda sonrakı qisası beynəlxalq sülhü və təhlükəsizliyi pozur", - deyə Quterreş bildirib.
BMT Baş katibi həmçinin hərbi əməliyyatların dərhal dayandırılmasına və münaqişənin deeskalasiyasına çağırıb.
Bundan əvvəl İspaniyanın Baş naziri Pedro Sançez ABŞ və İsrailin İrana qarşı birtərəfli hərbi əməliyyatlarını rədd etdiyini bildirib. O, İslam Respublikasına hücumun eskalasiya olduğunu və daha qeyri-sabit və düşmən beynəlxalq nizamın qurulmasına töhfə verdiyini bildirib.

















