1xeber.media xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Keir Starmer bildirib ki, İran cavab raket zərbələrindən çəkinməli və "İran xalqına qarşı zorakılıq və zülmə" son qoymalıdır.
Böyük Britaniya baş nazirinin sözlərinə görə, münaqişənin daha da şiddətlənməsinin qarşısını almaq və diplomatik həll yoluna qayıtmaq indi çox vacibdir.
Bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyatın başladığını elan etmişdi. Daha sonra ABŞ əməliyyatının "Epik Qəzəb Əməliyyatı" adlandırıldığı məlum oldu.
28 fevral səhəri İsrail İrana qarşı qabaqlayıcı hücuma keçdi. Hücumu ölkənin müdafiə naziri İsrael Katz təsdiqlədi. "The New York Times" qəzeti mənbələrə istinadən ABŞ-ın Tehrana edilən hücumlarda iştirak etdiyini bildirib.

















