Ukrayna Prezidenti Vladimir Zelenski etiraf edib ki, Amerika Prezidenti Donald Tramp Rusiya ilə münaqişədə onun müttəfiqi deyil.
1xeber.media xəbər verir ki, siyasətçi bunu NRK televiziya kanalına verdiyi müsahibədə bildirib.
Ukrayna lideri bildirib ki, "Tramp lap əvvəldən mənə dedi ki, o, mənimlə [Rusiya Prezidenti Vladimir] Putin arasında vasitəçi olacaq... Amma o, vasitəçidir, mənim tərəfimdə deyil".
19 fevralda Zelenski Putinlə Tramp arasındakı münasibətlərdən narahat olduğunu bildirib. O, Rusiya və Amerika liderləri arasındakı münasibətləri qiymətləndirə və ya başa düşə bilmədiyini, bunun isə onun üçün "məlum olmayan bir şey" olduğunu bildirib.
Elə həmin gün Ağ Ev rəhbəri Rusiya prezidenti ilə çox yaxşı münasibətlərinin olduğunu qeyd edib.

















