SEPAH zabitləri İrandan qaçmağa başlayıb
1xeber.media xəbər verir ki,dünən İran–Əfqanıstan sərhədindəki sərhəd-keçid məntəqələrinin birində çəkilən video geniş müzakirələrə səbəb olub.
Görüntülərdə tibbi ağ və qara maskalar taxmış, əllərində İran pasportları olan kişilərin nizamlı şəkildə sərhədi keçdiyi əks olunur. Kadrların gündüz saatlarında çəkildiyi və növbədə dayanan şəxslərin hamısının kişi olduğu görünür.
Videoda bəzi şəxslərin üzlərinin yeni təmizləndiyi ehtimal edilir. Maskaların kənarlarından görünən hissələrdə saqqal izlərinin seçilmədiyi diqqət çəkir.
Sosial media istifadəçilərinin bir qismi həmin şəxslərin SEPAH zabitləri olduğunu və ölkəni tərk etdiklərini bildiriblər.
Bəzi istifadəçilər zabitlərin ölkədən kütləvi şəkildə qaçmasına cavab olaraq yazıblar: “Milliyətinizdən, hansı ölkədə olmağınızdan asılı olmayaraq, hamınız mühakimə olunacaqsınız!”

















