“Hizbullah” İsrail ilə müharibəyə daxil olduğunu rəsmi şəkildə elan edib - İsrail mediası.
1xeber.media xəbər media xəbər verir ki,qruplaşmanın bəyanatında vurğulanır ki, onlar əvvəllər dəfələrlə “hərəkətlərin cavabsız qalmasının qeyri-mümkünlüyü” barədə xəbərdarlıq ediblər.
Endirilən zərbələr “müdafiə tədbiri və qanuni haqq” adlandırılıb və bu addımların “mövcud olan bütün vasitələrlə” məhv etmə və dağıntıları dayandırmağa yönəldiyi bildirilib.
Bundan əlavə, “Hizbullah” ötən gecə İsrail ərazisinə pilotsuz uçuş aparatlarının buraxılmasına görə məsuliyyəti üzərinə götürüb.
Həmçinin qruplaşma Meron dağındakı hava hərəkətinə nəzarət bazasına və Ramat-David aviabazasına zərbələr endirdiyini bəyan edib. İddiaya görə, səhər saatlarında İsrail Ordusunun (SAXAL) Qolan təpələrindəki bazası raket atəşinə tutulub.

















