Dubay hava limanının işləməməsi səbəbindən BƏƏ hər dəqiqə təxminən 1 milyon dollar itirir.
1xeber.media xəbər verir ki, bu barədə NDTV World məlumat yayıb.
Bildirilir ki, bu, təkcə "Emirates" aviaşirkətinin deyil, həm də tranzit daşımaları, hotellər, ticarət obyektləri və nəqliyyat infrastrukturu üzrə itkilərə səbəb olur.
Məlumata görə, Dubay aeroportu 100-dən çox ölkədə 260-dan artıq şəhəri birləşdirir, bu da onun qlobal nəqliyyat mərkəzi statusunu göstərir.

















