Dubayda qalan rusiyalı tennisçilər Daniil Medvedev, Andrey Rublev və Karen Xaçanov BƏƏ-ni tərk ediblər.
1xeber.media xəbər verir ki, Rublevin anası Marina Maryenko RİA Novosti-yə bildirib.
Maryenkonun sözlərinə görə, idmançılar Omandan İstanbula uçublar və oradan Los-Ancelesə gedəcəklər. "Andreyin İstanbula gəlişi ilə bağlı mənə zəng etməsini gözləyirəm. Uçuş altı saat 30 dəqiqədir", - deyə Rublevin anası bildirib.
Martın 2-də İspaniyanın "Marca" qəzeti Medvedev və Rublevin Tennis Peşəkarları Assosiasiyasının (ATP) turnirində yarışdıqları BƏƏ-ni tərk etmək planı hazırladıqlarını bildirib. Oyunçular şəxsi təyyarənin onları gözləyəcəyi Omana maşınla getməyi planlaşdırıblar. Daha sonra onlar Türkiyə və ya Ermənistan vasitəsilə ABŞ-a gedəcəkdilər.
Medvedev, Xaçanov və Rublev ən yaxşı rusiyalı tennisçilərdir. Onlar ATP reytinqində 11-ci, 16-cı və 17-ci yerlərdədirlər.

















