1xeber.media xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin X sosial media platformasında verdiyi məlumata görə, İranın cavab zərbələri nəticəsində 500-dən çox ABŞ hərbçisi həlak olub.
"[ABŞ Prezidenti Donald] Tramp [İsrail Baş naziri Benyamin] Netanyahunun impulsları və onun komik hərəkətləri nəticəsində Amerika xalqını İranla ədalətsiz müharibəyə sürüklədi. Qoy bu gün özündən soruşsun: son bir neçə gündə 500-dən çox ABŞ hərbçisi öldürüldükdən sonra "Amerika Birinci" şüarı hələ də aktualdır, yoxsa "İsrail Birinci" olub?" deyə paylaşımda bildirilirdi.
Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 2 mart tarixinə olan məlumata görə, İrandakı əməliyyatın bir hissəsi olaraq döyüşdə dörd ABŞ hərbçisi həlak olub.

















