Tramp kəşfiyyatla İrana qarşı əməliyyatın gedişini müzakirə edəcək.
Bu, Amerika liderinin iş qrafikindən məlum olub.
1xeber.media xəbər verir ki,kəşfiyyat brifinqi Bakı vaxtı ilə saat 20:00-a planlaşdırılıb. Görüş davam edən ABŞ-İsrailin İrana qarşı müştərək əməliyyatları (ABŞ tərəfindən "Epic Fury", İsrail tərəfindən isə "Roaring Lion" adlandırılır) fonunda keçiriləcək.
Xatırladaq ki, bir qədər əvvəl Donald Tramp əməliyyatın "qrafiki qabaqladığını" və bütün məqsədlərə çatana qədər davam edəcəyini bildirmişdi.

















