İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu martın 5-də Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və rəsmi Bakının etiraz notası təqdim edilib.
Bunu açıqlamasında nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, Naxçıvan Muxtar Respublikasına dron hücumlarına görə Azərbaycan dövlətinin İrana kəskin etirazı diplomatın nəzərinə çatdırılıb və ona müvafiq etiraz notası təqdim edilib.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkəkabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Nəticədə 4 nəfər xəsarət alıb.

















