8 Mart tarixi dünyada Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Bu bayram
ərəfəsində Azərbaycan qadınlarının dövlətimizin və cəmiyyətimizin həyatında aparıcı rol
oynadığını bir daha vurğulaya bilərik. Tarix boyu qadınlarımız xalqımızın inkişafında önəmli rol
oynayıblar. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın
müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox
ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər
sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından
xəbər verir.
Möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək
analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və
tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.
Müstəqillik qazandıqdan sonra Ulu Öndər Heydər Əliyev tərəfindən dövlət qadın siyasətinin
əsası qoyuldu, Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Ulu Öndər hər zaman
qadınlara xüsusi diqqət və qayğı göstərirdi. Bu siyasət hazırda Prezidentimiz cənab İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də
beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban
xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün
dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Mehriban xanım Əliyevanın humanitar
layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri
bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki,
Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və
bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci
vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan
çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və
xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz
nümunəsidir.
Bu gün qadınlarımız cəmiyyət həyatında olduqca fəaldır. Onun fikrincə, hazırda
Azərbaycan qadınları dövlət qurumlarında, elm, təhsil, səhiyyə sahəsində, seçkili orqanlarda
fəal şəkildə təmsil olunurlar.
Sonuncu çağırış parlamentdə əvvəlki dövrlərdən daha çox qadın millət vəkili təmsil
olunur. Milli Məclisin sədrinin qadın olması da Azərbaycan xanımlarının ictimai-siyasi
fəallığından xəbər verir. Dövlət müstəqilliyimizin bərpasından sonra ötən 30 il ərzində
Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin
sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr verib.
Ölkəmizdəki sabitlik və demokratik mühit qarşıdakı illərdə də onlara öz fitri istedadlarını,
yaradıcılıq imkanlarını tam gerçəkləşdirə bilmələri üçün bütün lazımi şəraiti təmin edir.
Xüsusilə qeyd edilməlidir ki, qadınlarımız doğma torpaqlarımızın işğal altında olduğu bir
dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad
kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə daşıyıblar. 44 günlük Vətən
müharibəsində və 2023-cü ildəki antiterror tədbirləri zamanı analarımızın tərbiyə etdiyi,
vətənpərvərlik ruhunda böyütdüyü oğullar düşmənə qarşı rəşadətlə vuruşaraq 30 illik erməni
işğalına son qoydular. Biz həmin analarla, şəhid, qazi anaları ilə qürur duyuruq. Qəhrəman
oğullar böyütdükləri üçün onlara sonsuz minnətdarlığımızı bildiririk. Mən bütün qadınlarımızı, o
cümlədən şəhid, qazi analarını qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə
ürəkdən təbrik edir, onlara cansağlığı arzulayıram!
Ağalar Ağammədov,
Sabirabad Mil-Muğan Regional Mədəniyyət idarəsinin məsləhətçisi

















