8 Mart – Beynəlxalq Qadınlar Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunur.
Bu da ölkəmizdə qadınlara göstərilən dəyərin göstəricisidir. Keçmişdən bugünədək qadınlar
ölkənin inkişafı sahəsində önəmli yer tutur. Məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə
Azərbaycan qadınlarına seçib-seçilmək hüququ verilmişdi. Bu hüquq Şərqin ilk demokratik
respublikasının qadın hüquqlarının önəminin bir nümunəsidir. Belə ki, bu da qadınların
ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakına imkan yaratdı.
Tarixin hər dövründə qadınlarımız cəmiyyətimizin mənəvi dayağı olmuş, ölkəmizin
inkişafının hər sahəsində böyük fədakarlıqlar göstərmişlər.Eləcə dəbütün dövrlərdə öz
istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və
yaşadılmasında müstəsna xidmətlər göstərmişlər. Qadınlar öz çalışqanlığı, bacarığı ilə
kişilərdən geri qalmamış və ölkəminizin istər siyasi, iqtisadi, sosial, istərsə də təhsil, mədəni
həyatında uğurlar əldə etmişlər. Və bu uğurlarla dövlətimizi hər zaman irəli aparmış,
Azərbaycan adını dünyaya tanıtdırmışlar. Bu da qadınlarımızın hər zaman yüksək
mədəniyyətə, intellektuala malik olduğunun göstəricisidir. Xüsusən vurğulamaq istərdim ki,
qadınlarımız təhsil sahəsində hər zaman irəliləmiş, yüksək təhsil almağa cəhd etmiş və buna
nail olmuşlar.
Bu gün Azərbaycan qadınları demokratik, hüquqi, ənənələrə sadiq, milli mənəvi
dəyərlərimizə hörmət edən sivil dövlətdə yaşayır. Cəmiyyətimizin qadınlarının bugünkü
dövrdə öz sözünü deməsi, önəminin artması Ulu Öndərimiz Heydər Əliyevin böyük rolu və
dəstəyi olmuşdur. Ulu Öndər bütün sahələrdə qadınların inkişafına,yüksəlişinə xüsusi yer
ayırırdı. Çünki güclü uzaqgörənliyi sayəsində dövlətimizin inkişafında, cəmiyyətimizin
təməlinin möhkəm qurulmasında qadınlarının rolunun mühüm olduğunu bilirdi. Elə buna görə
də, onların hərtərəfli fəaliyyətinə imkan yaradır, lider qadınların yetişdirlməsinə çalışırdı.
Ümummilli liderimiz Heydər Əliyevin dövründən başlayaraq qadınlarımıza yüksək diqqət,
qayğı göstərilmişdir. Bugünkü güclü, iradəli, təhsilli, intellektual, lider qadınların
yetişdirilməsində Heydər Əliyevin rolu danılmazdır. Məhz Heydər Əliyevin hakimiyyəti illərində
qadınlar bir sıra konfranslarda, komitə iclaslarında iştirak etmiş və qadın cəmiyyətinin
yaradılmasında təşəbbüs göstərmişdir. 1994-cü ildə Heydər Əliyev Pekində keçiriləcək IV
Dünya Qadın Konfransına hazırlıqla bağlı milli komitə yaradılması haqqında fərman imzalayır.
Bu fərman qadın cəmiyyətinin inkişafına güclü təkan verdi. Həmin konfransada iştirak edən
qadınlarımız ölkəmizi layiqli şəkildə təmsil etdilər. Bundan sonra qadınlarımızın cəmiyyətin
həyatında rolu daha da artdı və nəticədə 1995-ci ildə BMT-nin “Qadınlara münasibətdə hər
cür ayrı-seçkiliyin ləğv edilməsi haqqında ” konvensiyasına qoşuldu. Bu konvensiyaya
qoşulmaqla üzərimizə götürdüyümüz öhdəliklər bu gün də davamlı şəkildə yerinə yetirilir.
Buna qadınlarımızın cəmiyyətin hər sahəsində fəal iştirakını nümunə gətirə bilərik.
Təbii ki, Ulu Öndərimizin qadınlara qadınlara qarşı göstərdiyi diqqət, dəyər, qayğı
bununla kifayətlənmədi. Belə ki, 1998-ci il 14 yanvar tarixli fərmana əsasən Qadın Problemləri
üzrə dövlət Komitəsi yaradıldı. Bu komitənin yaradılmasında məqsəd qadınlara dəstək, qadın
mövqeyinin gücləndirilməsi, inkişafının təmin edilməsi idi. Müstəqilliyimizin ilk illərində 1998-ci
il sentyabrın 25-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan qadınlarının ilk
qurultayı keçirilir. Həmin tarixdən başlayaraq hər beş ildən bir Azərbaycan qadınlarının
qurultayı davamlı şəkildə keçirilir. Bu qurultay qadınların ictimai-siyasi həyatda daha da fəal
iştirakına şərait yaratdı. Qadınlarımızın daha da özgüvənli, cəsarətli, iradəli olmasının
dəstəkçisi oldu.
Beləliklə, 2000-ci il 6 mart tarixində Heydər Əliyev qadınlarla bağlı daha bir Fərman
imzalayır. Bu, “Azərbycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi
haqqında ” Fərmandır. Bu Fərmanla qadınların dövlət qurumunda, hətta rəhbərlik fəaliyyətinə
yer verilir. Bununla da kişilərlə qadınların idarəçilik sahəsində hüquqi bərabərliyi təmin edilir.
2000-ci ildə Nazirlər Kabineti 2000-2005-ci illərdə “Azərbaycan Respublikasında Qadın
Problemləri üzrə Milli Fəaliyyət Planı”nı qəbul etmişdir. Bu qadınların təhsil, səhiyyə,
mədəniyyət, sosial, iqtisadi sahəsində problemlərini əhatə etmişdir.
Ulu Öndərin qadınlar üçün irəli sürdüyü təməlini qoyduğu bu təşəbbüsləri Prezident
İlham Əliyev də davam etdirmişdir. Belə ki, 2006-cı il 6 fevral tarixli Fərmana əsasən
Azərbaycan Respublikasının Ailə, Qadın, Uşaq Poblemləri üzrə Dövlət Komitəsi
yaradılmışdır. 2006-cı il 10 oktyabr tarixli Fərmanla “Gender bərabərliyinin təminatı haqqında”
qanun qəbul edilir. Bu qanun cinsi ayrı-seçkiliyə qarşı mübarizə aparılması, qadın-kişi hüquq
bərabərliyinin təmin edilməsini həyata keçirir. Bu kimi bir sıra qanun və fərmanlar bu gün də
qəbul edilməkdədir.
Bu gün Birinci Vitse-prezident vəzifəsində Mehriban xanım Əliyevanın yer alması
qadınların yalnız işçi kimi deyil, rəhbərlik vəzifələrini də layiqincə yerinə yetirə biləcəyinin
sübutudur.
Onu da qeyd edim ki, Azərbaycan qadınları zəhmətkeş, milli-mədəni dəyərlərimizə
hörmət edən, ənənələrimizə sadiq ana kimi də öz nüfuzunu qorumaqdadır. Məhz bu cür
analarımızın yetişdirdiyi igid oğullarımız 30 il düşmən tapdağında olan torpaqlarımızı
düşməndən azad etdi. Bu da uşaqlarımıza verilən düzgün tərbiyənin nəticəsi, qadınlarımızn
necə böyük qüvvəyə malik olmasının göstəricisidir.
Müasir dövrdə qadınlarımız hər sahədə ölkəmizin adını yüksəklərə qaldırır və hər
sahədə cəmiyyətimizin inkişafına töhfə verir. Təbii ki, dövlətimiz də hər zaman qadınlarımızın
inkişafı,yüksəlişi üçün müəyyən proqramlar, fərmanlar qəbul edir, inkişafına şərait yaradır.
Elmira Vəliyeva,
Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq Musiqi məktəbinin fortepiano müəllimi

















