Ukrayna Prezidenti Vladimir Zelenski Macarıstan Baş naziri Viktor Orbanın Drujba neft kəmərini yoxlamaq tələbinə cavab verib.
1xeber.media xəbər verir ki, bu barədə UNIAN Telegram-da məlumat verib.
"Mən bir ölkənin lideri ilə görüşürəm və soruşuram: "Bizə Patriot raketləri verə bilərsinizmi?" O isə deyir: "Anbarlarımızda çox az raket qalıb." Və "Onda yanınıza gəlib anbara gedib həqiqəti söyləyib-demədiyinizi yoxlaya bilərəmmi" dediyimi xatırlamıram", - deyə Ukrayna lideri bildirib.
Orban əvvəllər Macarıstan və Slovakiyanın birgə komissiya yaradacağını açıqlamışdı. Onun sözlərinə görə, komissiya Drujba boru kəmərinin vəziyyətini qiymətləndirmək üçün Ukraynaya səfər edəcək.
Eyni zamanda, Orban Zelenskini yalan danışmaqda ittiham edərək, Kiyev nümayəndəsinin Drujba boru kəmərinin vəziyyəti barədə məlumatı gizlətdiyi fikrini bildirib.















