1xeber.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp "Politico"ya verdiyi açıqlamada Ukrayna lideri Vladimir Zelenskini Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə çağırdığını bildirib.
"Zelenskinin işə başlaması və razılaşması lazımdır", - deyə Amerika lideri bildirib.
Tramp həmçinin qeyd edib ki, Zelenskinin danışıqlar üçün "az kartı" var, indi isə daha az kartı var.
Daha əvvəl Ukraynadakı münaqişədən danışan Tramp Moskva və Kiyevin əlaqə saxlamalı olduğunu bildirib. "Tanqo üçün iki nəfər lazımdır və onlar [Rusiya və Ukrayna] yola getməlidirlər. Danışa bilməlidirlər", - deyə Tramp Almaniya kansleri Fridrix Mertslə görüşündə bildirib. O, həmçinin əlavə edib ki, münaqişədəki vasitəçilər yalnız "əllərindən gələni edə bilərlər".

















