“İran rejiminin sağ qalmaq şansı yoxdur...”, - Mixeil Saakaşvili Naxçıvana hücum barədə danışıb.
1xeber.media xəbər verir ki,Gürcüstanın sabiq prezidenti, hazırda həbsdə olan Mixeil Saakaşvili sosial şəbəkələrdə yazaraq bildirib ki, İran hakimiyyəti “qəsdən” Azərbaycanda Naxçıvan hava limanına pilotsuz uçuş aparatları ilə zərbə endirib və Azərbaycana həmrəyliyini ifadə edib.
Sabiq prezident paylaşımında qeyd edir ki, “Azərbaycan artıq uzun müddətdir İsraillə, son dövrlərdə isə ABŞ-la sıx münasibətlər saxlayır, lakin bütün bunlar İranın təxribat olmadan həyata keçirdiyi hücumu heç cür əsaslandıra bilməz”.
Saakaşvili vurğulayıb ki, martın 5-də baş verən pilotsuz aparat hücumundan sonra “Azərbaycanın İranla sərhədi tam bağlaması tamamilə təbiidir”.
Onun sözlərinə görə, “İranda Azərbaycanın özündən ən azı üç dəfə çox azərbaycanlı yaşayır. (Fevralın 28-də öldürülmüş keçmiş ali lider Əli) Xamenei də azərbaycanlı idi. Bu azərbaycanlılar əsasən güclü indoctrinasiyaya məruz qalıb və Azərbaycana qarşı o qədər də dost münasibət bəsləmirlər”.
Sabiq prezident əlavə edib ki, İran öz hərəkətləri ilə “Hörmüz boğazında neft tankerlərinin hərəkətini blokladıqdan sonra Çini də qəzəbləndirib. Çin donanma göndərməklə və İran bu mühüm nəqliyyat arteriyasına qarşı sabotajı dayandırmasa, ona qarşı addımlar atmaqla hədələyir”.
Saakaşvilinin fikrincə, İran “rejiminin sağ qalmaq şansı yoxdur, baxmayaraq ki, onun aqoniyası hələ bir neçə ay davam edə bilər”.

















