Hər il yüksək səviyyədə qeyd olunan 8 Mart – Beynəlxalq Qadınlar Günü bu tarixi
günün önəmini bir daha xatırladır, qadınlara dəyərin bariz nümunəsi kimi vurğulanır.
Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra qadınların ölkənin ictimai-
siyasi həyatında fəallığının artırılması istiqamətində davamlı addımlar atıldı. Qadınların
cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verib. Müstəqil
Azərbaycanın 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyası qadınların kişilərlə bərabər
hüququnu təsdiq etdi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının
hüquqi bazasını yaratdı. Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev
daim qadınlara diqqət və qayğı ilə yanaşıb, ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarını
təmin etmək üçün davamlı tədbirlər həyata keçirmişdir.
Dövlətimizin başcısı İlham Əliyev öz çıxışlarında daim bu məqamı xüsusi qeyd edilir ki,
milli varlığımızın ifadəsi olan zəngin mədəni-mənəvi irsimizin, ana dilimizin və adət-
ənənələrimizin əsrlərdən bəri qorunub saxlanmasında Azərbaycan qadınlarının müstəsna
xidməti vardır. Tariximizin mürəkkəb sosial-siyasi dəyişikliklərlə müşayiət olunduğu dövrlərdə
onlar cəmiyyətin sarsılmaz mənəvi dayağına çevrilmişlər. Qürurverici haldır ki, müsəlman
Şərqində qadınlar arasında incəsənətin, elmin və texnikanın bir çox sahələri üzrə ilk addımı
məhz mənəviyyatında milliliklə müasirliyin əsl vəhdətini yaratmış Azərbaycan qadını atmışdır.
Azərbaycan qadınlarının cəmiyyətdə rolundan bəhs edərkən təbii ki, fəaliyyəti hər
birimiz üçün örnək olan Azərbaycanın Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın xidmətləri göz önünə gəlir. Mehriban xanım Əliyevanın
fəaliyyətinə diqqət yetirdikdə görürük ki, atdığı hər addımın əsasında xeyirxahlıq, humanizm,
səmimiyyət, vətəndaşlıq təəssübkeşliyi dayanır. Azərbaycan reallıqlarının təbliği istiqamətində
dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlər, təqdimatlar, hazırlanan vəsaitlər, nəşr edilən
kitablar məqsəd və məramın açıqlanmasına yardımçı olur. Mehriban xanım Əliyevanın
fəaliyyətinə verilən ən böyük qiymət təbii ki, xalqın sevgisidir. Məhz bu etimad, inam onun
Azərbaycanın Birinci Vitse-prezidenti təyin olunmasını şərtləndirən əsas amillərdəndir.
Dünyanı cənginə almış koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin
gücləndirilməsi istiqamətində atılan addımlara böyük dəstək olan Mehriban xanım Əliyevanın
bu münasibətlə xalqımıza müraciətlərinə diqqət yetirdikdə mərhəmətin, sədaqətin,
xeyirxahlığın, ən əsası vətənpərvərlik duyğularının nə qədər böyük olduğunu görür, onun hər
zaman dövlətimizin inkişafı, xalqımızın firavan yaşaması istəyini ortaya qoymasının şahidi
oluruq. 44 günlük İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə işğaldan azad edilmiş
ərazilərimizə dövlətimizin başçısı İlham Əliyevlə birgə səfərləri, həmçinin ölkə Prezidenti ilə
birgə müharibə başa çatandan sonra ilk olaraq yaralı döyüşçülərə baş çəkmələri və sair kimi
biri-birindən diqqət çəkən addımlar vətənpərvərlik hissinin böyüklüyündən xəbər verir.
Bu gün hər bir Azərbaycan qadını, anası xoşbəxtdir, qürurludur. Yetişdirdikləri övladlar
30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi, torpaq həsrətinə son qoydu, vaxtilə
itirilmiş qürurumuzu özümüzə qaytardı. Bu gün analarımız Beynəlxalq Qadınlar Gününü
qələbə sevinci ilə qeyd edirlər. Şəhid anaları, bacıları, bütün qadınlarımız üçün ən böyük
bayram hədiyyəsi qəhrəman oğullarımızın yazdığı tarix, torpaqlarımızı işğaldan azad edib
düşməni diz çökdürməsi, müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün təmin
olunması yolunda canlarından keçən şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının qanının yerdə
qalmamasıdır. Bayramınız mübarək, əziz qadınlar!
Rəşad Qurbanov,
Sabirabad rayon Gənclər Evinin direktoru

















