İtaliyanın İrandakı səfirliyi fəaliyyətini Bakıdan davam etdirəcək.
1xeber.media xəbər verir ki,İtaliya Tehrandakı səfirliyini müvəqqəti bağlayıb və diplomatik missiya fəaliyyətini Bakıdan davam etdirəcək. Bunu İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani bildirib.
Onun sözlərinə görə, səfirliyin təxminən 50 əməkdaşı artıq Azərbaycan sərhədini keçib.
“Biz təhlükəsizlik məqsədilə İtaliyanın Tehrandakı səfirliyini bağladıq. İrandakı səfirimizin rəhbərliyi ilə təxminən 50 nəfərlik italiyalı qrup artıq Azərbaycanla sərhədi keçib.
İranda qalan italiyalıların və milli maraqlarımızın qorunması üçün Tehranla diplomatik münasibətləri davam etdirəcəyik. Səfirlik fəaliyyətini Bakıdan davam etdirəcək”.















