"Bəzi ölkələr vasitəçilik səylərinə başlayıblar".
1xeber.media xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian X hesabında yazıb.
"Gəlin, açıq şəkildə deyək: biz regionda davamlı sülhə sadiqik, lakin millətimizin ləyaqətini və suverenliyini qorumaqda heç bir tərəddüd etmirik. Vasitəçilik İran xalqını kiçik qiymətləndirən və bu münaqişəni alovlandıran şəxslərə yönəlməlidir", - deyə o qeyd edib.

















