Vaşinqton, dindar olsa belə, yeni İran liderini qəbul edəcək, bu şərtlə ki, onlar ABŞ, İsrail və digər Yaxın Şərq ölkələrinə yaxşı münasibət bəsləsinlər.
1xeber.media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp CNN-ə verdiyi müsahibədə bildirib.
"Bu, ədalətli və dürüst bir lider olmalıdır. O, əla iş görəcək. O, ABŞ və İsrailə, eləcə də bizim tərəfdaşlarımız olan digər Yaxın Şərq ölkələrinə yaxşı münasibət bəsləyəcək", - deyə Ağ Ev rəhbəri bildirib.
ABŞ prezidentinin İranı demokratik dövlətə çevirməyin zəruriliyində israr edib-etmədiyi soruşulduqda, Tramp bunu təkzib edib.

















