1xeber.media xəbər verir ki, İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının sözçüsü Xatəm əl-Ənbiya Bəhreyndə Amerika bazasına endirilən zərbə nəticəsində çoxsaylı ABŞ əsgərinin öldüyünü bildirib.
Bəyanatda deyilir: "Bəhreyndə ABŞ hərbi bazasına edilən hücum çox sayda ölüm və yaralanma ilə nəticələnib".
Daha əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu zərbənin İranın Minab şəhərindəki qızlar ibtidai məktəbinə edilən və 100-dən çox şagirdin ölümünə səbəb olan hücuma cavab zərbəsi olduğunu bildirmişdi. Zərbənin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Əl-Dəfra Hava Bazasına yönəldiyi iddia edilirdi.
Martın 2-də Rusiya Prezidenti Vladimir Putin Yaxın Şərq liderləri ilə bir sıra telefon danışıqları aparıb və digər məsələlərlə yanaşı, ABŞ, İsrail və İran arasındakı münaqişəni müzakirə edib. Xüsusilə, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl-Səud, BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl-Sani ilə söhbət aparılıb.

















