İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, ABŞ zərbələri ərəb ölkələrinin ərazilərindən həyata keçirilir və Tehran cavab olaraq Amerika bazalarını hədəf alacaq.
1xeber.media xəbər verir ki,İran rəsmisi deyib: “İran və ərəb qardaşları əsrlər boyu sevgi, dostluq və qarşılıqlı hörmət ruhunda yanaşı yaşayıblar”.
Nazirin sözlərinə görə, “Amerikalı təcavüzkarlar ərəb dostlarımızın torpaqlarından uşaqları və günahsız insanları hədəfə almaq üçün hücumlar həyata keçirirlər”.
Araqçi əlavə edib: “İranın cavabı isə qaçılmaz olaraq ABŞ-ın bazalarına və onun qurumlarına yönələcək”.

















