Birləşmiş Ərəb Əmirliklərinin Cəbəl-Əli limanından 35 dəniz mili şimalda naməlum mərmi konteyner gəmisinə dəyərək kiçik yanğına səbəb olub.
1xeber.media xəbər verir ki,bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.
Qurumun məlumatına görə, bütün heyət üzvləri təhlükəsizlikdədir, ətraf mühitin çirklənməsi qeydə alınmayıb.
Cəbəl-Əli Yaxın Şərqin ən böyük dəniz limanıdır. Son günlər regionda kommersiya gəmilərinə hücumlar kəskin artıb. Bundan əvvəl İraq sahillərində iki neft tankeri yanıb, bir heyət üzvü həlak olub. İran mediası hadisənin dəniz dronunun hücumu nəticəsində baş verə biləcəyini iddia edib.
Ötən gün Hörmüz boğazı rayonunda da iki quru yük gəmisi və bir konteyner gəmisi hücuma məruz qalmışdı.

















