Pakistan Kabildə “Taliban”ın qərargahına aviazərbə endirib.
1xeber.media xəbər verir ki,mənbələrin məlumatına görə, həmin bina silah anbarı və Pakistana qarşı hücumların koordinasiyası və planlaşdırılması üçün istifadə olunan mərkəz kimi istifadə olunurdu.
“Taliban” zərbələrin endirildiyini təsdiqləyib, lakin onların sözlərinə görə bombardman yaşayış məhəllələrinə və Qəndəhar hava limanı yaxınlığında yerləşən Kam Air özəl aviaşirkətinin yanacaq anbarına düşüb. Əfqanıstan rəsmilərinin məlumatına görə,hücum nəticəsində 4 nəfər həlak olub, 15 nəfər yaralanıb.

















