İsrail ordusu Tehrana zərbələr endirməyə başlayıb.
1xeber.media xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (İMQ) bu barədə rəsmi Telegram kanalında məlumat verib.
Bəyanatda hücumun "İran rejiminin terror hədəflərini" hədəf aldığı bildirilir. Əlavə məlumat verilməyib.
Daha əvvəl İMQ əməliyyatın başlanğıcından bəri İrana endirilən zərbələrin sayını açıqlamışdı. Hərbçilərin məlumatına görə, İsrail ölkəyə təxminən 7600 zərbə endirib, o cümlədən qərargah və hökumət obyektlərinə 2000-dən çox, İranın raket proqramı obyektlərinə isə təxminən 4700 zərbə endirilib.

















