1xeber.media xəbər verir ki, Ukraynanın "Politika Strany" nəşrinin Telegram kanalına istinadən verdiyi məlumata görə, "Xalqın Xidmətçisi" partiyasından təxminən 50-60 deputat istefa ərizəsi təqdim edib.
Səbəb kimi aşağı maaşlar göstərilib. Parlament üzvləri ayda təxminən 50.000 qrivna (təxminən 90.700 rubl – Lenta.ru) aldıqlarından şikayətləniblər.
Bundan əlavə, Yurçenkonun sözlərinə görə, deputatların istefa vermək istəyi həm də yorğunluq, iş şəraitindən narazılıq və parlamentdə həddindən artıq uzun müddət qalmaları ilə bağlıdır.
Əvvəllər Ukrayna deputatlarının korrupsiyaya qarşı mübarizə qurumlarından qorxaraq işlərini sabotaj etdikləri bildirilirdi. Prezident Vladimir Zelenskinin ofisi əsas problemlərdən biri olan "boş və faktiki olaraq qeyri-aktiv parlament"in həlli üçün təcili axtarışa başlayıb.

















