İranda Möhsün Rezainin ali baş komandanın hərbi müşaviri vəzifəsinə təyin olunduğu rəsmi şəkildə elan edilib.
1xeber.media yerli KİV istinadla xəbər verir ki,Rezai - İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sabiq komandanı və dəfələrlə prezidentliyə namizəd olmuş şəxs - İran siyasətində ən mübahisəli fiqurlardan biri olaraq qalır.
Tənqidçilər onun adını 1986-cı ildə İran-İraq müharibəsi zamanı həyata keçirilmiş “Kərbəla-4” əməliyyatı ilə əlaqələndirirlər. Həmin əməliyyat ciddi itkilərlə nəticələnmişdi. Müxtəlif qiymətləndirmələrə görə, ölən və itkin düşənlərin sayı minlərlə ola bilərdi.
Müxalif dairələrdə bu əməliyyat komandanlığın ciddi səhvlərinin nümunəsi kimi təqdim olunur.
Rezai isə daha əvvəl bildirib ki, əməliyyat yayındırıcı xarakter daşıyıb və daha geniş hərbi strategiyanın bir hissəsi olub.
Onun bu vəzifəyə təyin edilməsi regionda davam edən gərginlik fonunda artıq media və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

















