ABŞ İsrailə bildirib: “Hörmüz boğazında əməliyyat həftələrlə davam edəcək”.
Ağ Ev rəsmiləri israilli həmkarlarını məlumatlandırıblar ki, ABŞ-ın Hörmüz boğazını açmaq üçün mümkün əməliyyatı bir neçə həftə çəkə bilər - bu barədə İsrailin 12-ci kanalı xəbər verir.
Telekanalın məlumatına görə, əgər İran ABŞ prezidenti Donald Trampın boğazın açılması ilə bağlı 48 saatlıq ultimatumunu yerinə yetirməsə, ABŞ əməliyyatına vaxt qazanmaq üçün müharibə uzadılacaq.
Amerikalı rəsmilər İsrail tərəfinə strategiyanın dəyişdirilməsinin zəruriliyini bildirərək vurğulayıblar ki, ABŞ İranın dünya neft ticarətinin 20%-nin keçdiyi əsas dəniz yolunu girov saxlamasına imkan verməyəcək.
“Biz bundan onların daxildən çökməsinə nail olmaq üçün istifadə edirik”, - deyə telekanal amerikalı rəsmilərin sözlərini sitat gətirir.

















