İsrail aviasiyası İran Müdafiə Nazirliyinə məxsus olan və İslamşəhr şəhristanında yerləşən “Şəhid Culayi” hərbi kompleksinə zərbə endirib.
1xeber.media xəbər verir ki,rəsmi olaraq qayıq istehsalı müəssisəsi kimi fəaliyyət göstərən obyekt dəniz minalarının istehsalı üçün istifadə edilib. Müəssisə yaşayış zonasında - Aprin dəmir yolu stansiyasının yaxınlığındakı kənddə yerləşirdi.
Zərbə nəticəsində obyekt tamamilə dağılıb, güclü partlayış qeydə alınıb, ətrafdakı mülki tikililərə də ziyan dəyib. Hadisə yerinə Qırmızı Aypara Cəmiyyətinin iki helikopteri, daha sonra isə həlak olanların və yaralıların təxliyəsi üçün bir neçə təcili yardım maşını göndərilib. Hazırda ərazi təhlükəsizlik qüvvələrinin nəzarəti altındadır.

















