Yazıçı Kəramət Böyükçöl “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu barədə sərt açıqlama verib.
1xeber.media xəbər verir ki, o, “Qanun” Nəşriyyatının oğru dünyasına aid kitabları çap edib satmaqla yalnız kommersiya məqsədi güddüyünü deyib.
K.Böyükçölün sözlərinə görə, nəşriyyat rəhbərinin hədəfi pul qazanmaqdır:
“Adı ‘Qanun’dur, amma oğru dünyasının kitabını çap edib satır. Onun tək məqsədi pul qazanmaqdır. Mənim kitablarımı oxuyan isə heç vaxt deməz ki, mən yazdıqlarımı pul xətrinə yazmışam”.

















