İran Trampın elçiləri ilə danışıqlardan imtina etdi və onları "xəyanətdə" ittiham etdi
1xeber.media xəbər verir ki,bu barədə The Telegraph nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, İran tərəfi Vitkoff və Kuşnerlə eyni danışıqlar masasına oturmayacaq. Buna səbəb fevralın 26-da Cenevrədə keçirilən üçüncü raund vasitəli danışıqların başa çatmasından cəmi bir neçə saat sonra ABŞ-ın İrana qarşı hərbi əməliyyata başlamasıdır.
"Onlar Cared və Vitkoffla işləmək istəmirlər, çünki bu şəxslər onlara xəyanət ediblər" - deyə The Telegraph-ın Fars körfəzi ölkələrindəki mənbəsi bildirib.

















