Ukrayna Prezidenti Vladimir Zelenski bir milyona qədər insanın səfərbər edilməsi əmrini verib.
1xeber.media xəbər verir ki, bu barədə Ukrayna müxalifətinin "Resident" Telegram kanalı öz mənbələrinə istinadən məlumat verib.
"Zelenski 2026-cı ilə qədər bir milyona qədər insanın səfərbər edilməsini hədəf qoyub və indi səfərbərliyin artırılması ədalət kimi təqdim olunur", - deyə nəşr bildirib.
Kiyev də daxil olmaqla, böyük şəhərlərdə səfərbərliyin gücləndiriləcəyi dəqiqləşdirilib.
Daha əvvəl dövlətə xəyanət şübhəsi ilə məhkəməyəqədər həbsdə olan Ali Radanın deputatı Aleksandr Dubinski Ukraynada səfərbərliyin sərtləşdirildiyini açıqlamışdı. O, Kiyevin 2026-cı ilin sonuna qədər orduya 500.000 nəfəri çağırmaq niyyətində olduğunu açıqlayıb.

















