ABŞ prezidenti Donald Tramp başa düşməlidir ki, İrana qarşı hər hansı bir təhdid həm də müharibə aktıdır.
1xeber.media xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi bunu sosial media hesabında bildirib.
"Tramp başa düşməlidir ki, İrana qarşı hər bir təhdid və ultimatum müharibə aktının bir hissəsidir. Son saatlarda qırıcı təyyarələrin Dimona və Hayfadakı strateji [İsrail] nöqtələrinə endirdiyi zərbələr, İranın hərbi strategiyasını yerinə yetirməklə yanaşı, Amerika təhdidlərinə cavab olaraq açıq bir siqnal idi", - deyə hərbi rəsmi vurğulayıb.
Bir müddət əvvəl İran televiziya kanalı Press TV yüksək vəzifəli bir İran rəsmisinə istinadən Tehranın Amerika tərəfinin təklif etdiyi 15 maddəlik planı aldatma hesab etdiyini bildirmişdi. O, həmçinin vurğulamışdı ki, İslam Respublikası Trampa müharibənin sonunu müəyyən etməyə icazə verməyəcək, lakin bunu müstəqil şəkildə edəcək.
24 martda Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Vaşinqton və Tehran arasında mümkün danışıqlar barədə açıqlamalar ziddiyyətlidir və hazırda vəziyyətin necə olduğu məlum deyil.

















