1xeber.media xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron İran Prezidenti Məsud Pezeşkyanla telefon danışığı aparıb.
Bəyanatda deyilir: "İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkyan və Fransa Prezidenti Emmanuel Makron telefon danışığı zamanı regional hadisələri və ABŞ-ın və sionist rejimin İrana qarşı davam edən hərbi təcavüzünün təhlükəli nəticələrini müzakirə ediblər".
Pezeşkyan İranın ərazi bütövlüyünü və suverenliyini qorumaq əzmini vurğulayıb. O, beynəlxalq ictimaiyyəti ABŞ və İsrailin İslam Respublikasına qarşı hərəkətlərini pisləməyə və onları məsuliyyətə cəlb etməyə çağırıb.
Söhbət zamanı Makron bildirib ki, Paris İsrail və ABŞ-ın İrana hücumlarını pisləyir və diplomatik səyləri bərpa etmək üçün hər hansı bir addım atmağa hazırdır.

















