1xeber.media xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolin Levit brifinqdə bildirib ki, ABŞ-ın İranla danışıqları davam edir və konstruktivdir.
"Xeyr. Danışıqlar davam edir. Onlar məhsuldardır", - deyə o, jurnalistin İranın ABŞ-ın danışıqlar təklifini rədd edib-etmədiyi barədə sualına cavabında bildirib.
Bir müddət əvvəl Press TV yüksək vəzifəli İran rəsmisinə istinadən Tehranın ABŞ prezidenti Donald Trampın təklif etdiyi danışıqları saxta hesab etdiyini bildirmişdi. Hökumət mənbəyi bildirib ki, İran hakimiyyəti bunu növbəti zərbələr üçün bəhanə kimi görür.
Daha sonra ABŞ-ın İrana münaqişənin həlli üçün zəruri olan 15 bənddən ibarət siyahı təqdim etdiyi bildirilib.

















